Bakı. 15 May. REPORT.AZ/ Dağıstanın Dərbənd şəhərində çoxmərtəbəli binada mövqe tutmuş silahlı dəstəyə qarşı əməliyyat başa çatıb. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Silahlılara qarşı xüsusi əməliyyat başa çatıb. Xüsusi təyinatlılar evə giriblər. Hadisə yerində istintaq qrupu işləyir", - deyə mənbə agentliyin əməkdaşına bildirib.
Qeyd edək ki, Dərbənddəki silahlılara qarşı xüsusi əməliyyat dünəndən başlayıb. Çoxmərtəbəli binada mövqe tutmuş silahlılar şəhərin sabiq-merinin atasının qətlində şübhəli bilinirlər.
Əməliyyat zamanı 15 polis əməkdaşı yaralanıb, iki polis həlak olub.
Ölənlərdən birinin Tümendən göndərilmiş xüsusi təyinatlı milis dəstəsinin əməkdaşı olduğu bildirilir.