Ukraynada deputat energetika nazirinin istefasını tələb edir

Ukraynada deputat energetika nazirinin istefasını tələb edir "Hazırda Rusiya ilə mübarizənin aparıldığı sahələrdən biri enerji sferasıdır. Genişmiqyaslı müharibədən sonra qarşı tərəf energetika sahəsi ilə bağlı mülki infrastruktura hücumlar həyata keçirib, atom elektrik stansiyalarını işğal edib. Yəni enerji təhlük
Digər ölkələr
3 Oktyabr , 2023 15:15
Ukraynada deputat energetika nazirinin istefasını tələb edir

"Hazırda Rusiya ilə mübarizənin aparıldığı sahələrdən biri də enerji sferasıdır. Genişmiqyaslı müharibədən sonra qarşı tərəf energetika sahəsi ilə bağlı mülki infrastruktura hücumlar həyata keçirib, atom elektrik stansiyalarını işğal edib. Yəni enerji təhlükəsi ilə üz-üzəyik".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Lyüdmila Buymister bildirib.

O qeyd edib ki, Ukrayna tərəfdaşlarının yardımı ilə bu təhdidlərlə mübarizə apara bilir:

"Hazırda bununla bağlı vəziyyət asan deyil. Müsbət məqamlardan biri odur ki, bizim enerji sistemimiz Avropanın energetika sistemi ilə sinxronlaşdırılıb. Odur ki, bu gün Ukraynanın energetika sisteminin sabitliyi məhz Avropa İttifaqı ölkələrindən olan tədarüklər sayəsində təmin olunacaq. Hava hücumundan müdafiə ilə bağlı kifayət qədər vasitələrin təmin ediləcəyi nəzərə alınaraq, Ukraynanın qışı keçirə bilməsi üçün tədarük edilən enerji resurslarının kifayət edəcəyini söyləyə bilərik. Elektrik enerjisinin kəsilməsinə gəlincə, ukraynalılar artıq buna öyrəşiblər. Ümumiyyətlə, Ukrayna xalqı göstərib ki, onu terror aktları ilə sındırmaq mümkün deyil. Bir sözlə, Rusiya tərəfinin bütün beynəlxalq konvensiyalara zidd olaraq mülki infrastrukturun məhv etməsi ilə bağlı səylərinə baxmayaraq, bu ölkə Ukrayna xalqını qorxuda bilməyəcək".

Deputat hesab edir ki, Ukrayna Ali Radasının həyata keçirilməli olduğu yeganə məsələ energetika nazirini vəzifəsindən azad etməkdir:

"Fikrimcə, bu, Ali Radanın qəbul edə biləcəyi yeganə doğru qərar olardı. Çünki qış və istilik mövsümü ilə bağlı hazırlıq işlərini Ali Rada deyil, Ukraynanın Energetika Nazirliyi, “Ukrenergo” və ölkənin energetika sisteminə aid digər dövlət şirkətləri həyata keçirir. Odur ki, bu sahədə rəhbərliyin dəyişməsi vəziyyətin yaxşılaşması üçün yeganə şansdır. Əslində, ukraynalılar problemlərinin əsl səbəbini yaxşı bilirlər: sahəni idarə edən şəxslər. Əgər bu dəyişərsə, Ukraynanın energetika sisteminin transformasiyası sürətli şəkildə həyata keçəcək. Yeri gəlmişkən, bu, azərbaycanlı tərəfdaşlarımızın iştirakı ilə həyata keçirilə bilər. Hazırda Ukraynanın energetika sektorunda çox sayda Azərbaycan şirkəti fəaliyyət göstərir. Amma bu da kifayət etmir. İnanıram ki, Azərbaycan şirkətləri digər sahələrdə də fəal şəkildə iştirak edə bilər", - deyə, o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi