Demokratların lideri vitse-prezidenti Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırdı

Demokratların lideri vitse-prezidenti Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırdı Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün konstitusiyanın 25-ci düzəlişdən istifadə etməyə çağırdıb.
Digər ölkələr
7 Yanvar , 2021 22:50
Demokratların lideri vitse-prezidenti Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırdı
Çak Şumer

Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün Konstitusiyanın 25-ci düzəlişinin müddəalarından istifadə etməyə çağırıb.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Çak Şumer tvitterdə yazıb.

“Bu prezidentin vəzifəsindən kənarlaşdırılması üçün ən sürətli və ən təsirli yoldur və bu gün edilə bilər. Əgər vitse-prezident dərhal 25-ci düzəlişə başlasa”, - o, tvitter hesabında yazıb.

Onun sözlərinə görə, əgər Pens bunu etməkdən imtina edərsə, Konqres Trampa qarşı impiçment elan etməlidir.

Son xəbərlər

Orphus sistemi