Demokratlar ​ABŞ-da silah satışına nəzarətin gücləndirilməsini tələb edirlər

Demokratlar ​ABŞ-da silah satışına nəzarətin gücləndirilməsini tələb edirlər Harri Rid: "Bununla bağlı qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq"
Digər ölkələr
14 İyun , 2016 10:40
Demokratlar ​ABŞ-da silah satışına nəzarətin gücləndirilməsini tələb edirlər

Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ Senatının Demokratlar Partiyasından olan üzvləri ölkədə silah satışına nəzarətin gücləndirilməsini tələb edirlər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu demokratların Senatdakı fraksiyasının sədri Harri Rid bildirib.

O qeyd edib ki, terrorçularla hər hansı bağlılığı olduğu ehtimal edilən şəxslərin siyahısında adları olanların silah və partlayıcı maddə əldə etməsinin yasaqlanması haqda qanun layihəsini yenidən səsverməyə çıxarmaq niyyətindədirlər: "Biz terrorçuların istifadə etdiyi bu hüquqi boşluğu qısa müddətdə aradan qaldırmağı planlaşdırırıq. Terrorçu olduqları ehtimal edilən şəxslərin silah almalarına haqq qazandırmaq mümkün deyil".

H.Rid Demokratlar Partiyasının bir neçə il əvvəl müzakirəyə təqdim etdiyi və ölkədə silah satışına nəzarətin gücləndirilməsini nəzərdə qanun layihəsini dəstəkləmədikləri üçün Senatdakı Respublikaçılar Partiyasının təmsilçilərini tənqid edib.

Demokratların qənaətincə, bu qanun layihəsi qəbul edilsəydi, onda Orlando faciəsinin qarşısını almaq mümkün olardı.

Qeyd edək ki, iyunun 12-də ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda törədilən terror nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Hadisəni Ömər Mətin adlı ABŞ vətəndaşının törətdiyi barədə xəbər yayılıb.

Son xəbərlər

Orphus sistemi