Konqoda prezident seçkilərinin qalibi Feliks Çisekedi olub

Konqoda prezident seçkilərinin qalibi Feliks Çisekedi olub Bakı. 10 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikasında prezident seçkilərinin nəticələri elan edilib.
Digər ölkələr
10 Yanvar , 2019 07:50
Konqoda prezident seçkilərinin qalibi Feliks Çisekedi olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikasında prezident seçkilərinin nəticələri elan edilib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verir.

Bildirilir ki, seçkilərdə "Demokratiya və Sosial İnkişaf" Partiyasının lideri Feliks Çisekedi qalib gəlib.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə bir neçə müxalif koalisiyanın rəhbəri Marten Fayyulu qərarlaşıb.

Qeyd edək ki, Konqoda prezident seçkiləri dekabrın 23-də keçirilməli idi. Lakin texniki problemlərə görə səsvermələr dekabrın 30-a keçirilib.

Daha əvvəl Konqo Demokratik Respublikasında 200-dək insan"Ebola" virusunun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi