Dəməşqin xristianlar yaşayan rayonu atəşə tutulub, yaralananlar var

Dəməşqin xristianlar yaşayan rayonu atəşə tutulub, yaralananlar var Mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb
Digər ölkələr
3 Dekabr , 2017 03:53
Dəməşqin xristianlar yaşayan rayonu atəşə tutulub, yaralananlar var

Bakı. 3 dekabr. REPORT.AZ/ Şənbə günü silahlı qruplaşmalar atəşkəs rejimini pozub və Suriya paytaxtının xristianlar yaşayan Bab-Tuma məhəlləsini minaatanlardan atəşə tutublar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb, binaya maddi ziyan dəyib.

Daha 5 nəfərin yaralanması barədə məlumat Dəməşqin şərqində yerləşən Cerman xristian dairəsindən daxil olub.

Məlumata görə, Suriya ordusu yaraqlıların Şərqi Qut regionundakı mövqelərinə cavab atəşi açıb və onların bir neçə atış qurğusunu məhv edib.

Son xəbərlər

Orphus sistemi