Yuxarı

​Dəməşq və Hələb minaatanlardan atəşə tutulub, ölən və yaralananlar var

Suriya HHQ və artilleriyası atəşin açıldığı mövqelərə zərbələr endirib

Bakı. 25 Avqust. REPORT.AZ/ "Ceyş əl-İslam" silahlı terror qruplaşmasının üzvləri paytaxt Dəməşqin şərqində yerləşən Cerman qəsəbəsini minaatanlardan atəşə tutublar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Suriya əl-Əən" informasiya portalı məlumat yayıb. Nəticədə 11 nəfər yaralanıb.

Bundan əvvəl Suriya paytaxtının mərkəzi rayonlarına iki dəfə yayılım atəşi açılıb. Polis idarəsinin məlumatına görə, əvvəlcə şəhər küçələrində 40-dan çox reaktiv mərmi partlayıb, ardınca isə 11-i atılıb. Nəticədə 3 yaşlı uşaq həlak olub, 30 dinc sakin müxtəlif dərəcəli bədən yaraları ilə xəstəxanaya yerləşdirilib.

Onların bəzilərinin vəziyyəti ağırdır. Çoxlu sayda evə ziyan dəyib, doqquz avtomobil yanıb.

Suriya Hərbi Hava Qüvvələri və artilleriyası atəşin açıldığı mövqelərə zərbələr endiriblər.

Hələbdə quldur dəstələrinin hökumət qüvvələrinin nəzarəti altında olan Əl-Xalidiyə rayonunu atəşə tutması nəticəsində səkkiz dinc sakin həlak olub. Ölənlər arasında üçü uşaqdır. Ölkənin şimal paytaxtında vəziyyət pisləşməkdədir. Şahidlərin sözlərinə görə, Nil və Əs-Sabil küçələrinə ən azı 50 mərmi düşüb. Terrorçuların Suriya ordusunun müdafiə xəttini yarmaq cəhdləri baş tutmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi