Dəməşq ətrafındakı şəhəri 800 döyüşçü tərk edib

Dəməşq ətrafındakı şəhəri 800 döyüşçü tərk edib Muadamiya şəhərindən döyüşçülərin çıxarılması prosesi başa çatıb
Digər ölkələr
20 Oktyabr , 2016 08:22
Dəməşq ətrafındakı şəhəri 800 döyüşçü tərk edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Suriya hakimiyyəti ilə sazişə əsasən paytaxt Dəməşqin cənub-şərqindəki Muadamiya şəhərindən döyüşçülərin çıxarılması prosesi başa çatıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" paytaxt polisindəki mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, İdlib-ə 1710 nəfər yollanıb. Onlardan 800 döyüşçülərdir.

Qeyd edək ki, Dəməşqdən cənub-şərqdəki şəhər Suriya ordusunun mühasirəsi altında idi. Onun administrasiyası hakimiyyətlə barışıq və atəşin dayandırılması rejiminə riayət etmə haqqında razılaşma imzalayıb.

"Muadamiyadan döyüşçülərin çıxarılması prosesi bu gün başa çatıb. Şəhəri 1710 nəfər tərk edib. Onlardan 800-ü döyüşçü, 395-i qadın və 515 nəfəri uşaqdır", - deyə agentliyə bildirilib. 

Son xəbərlər

Orphus sistemi