Davudoğlu İordaniya səfərini təxirə salıb

Davudoğlu İordaniya səfərini təxirə salıb Səfər martın 15-nə planlaşdırılmışdı
Digər ölkələr
14 mart 2016 01:49
Davudoğlu İordaniya səfərini təxirə salıb

Bakı. 14 mart. REPORT.AZ/ Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə baş naziri Əhməd Davutoğlu İordaniyaya planlaşdırılan səfərini təxirə salıb.

"Report"-un məlumatına görə. bu barədə "Associated Press" agentliyi İordaniya mətbuatına istinadən xəbər yayıb.

Səfər martın 15-nə planlaşdırılmışdı.

Xəbər verdiyimiz kimi, martın 13-də Ankaranın mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terror aktı törədilib. Ən son məlumata görə, həlak olanların sayı 34 nəfərə çatıb. Ölənlərdən ikisinin terrorçu olduqları güman edilir.

Orphus sistemi