Danimarkanın Baş naziri ikinci dəfə toyunu təxirə salıb

Danimarkanın Baş naziri ikinci dəfə toyunu təxirə salıb Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqı sammiti ilə eyni vaxta təsadüf etməsinə görə toyunu təxirə salmağa qərar verib.
Digər ölkələr
26 İyun , 2020 17:22
Danimarkanın Baş naziri ikinci dəfə toyunu təxirə salıb

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqı sammiti ilə eyni vaxta təsadüf etməsinə görə toyunu təxirə salmağa qərar verib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“İşimi və Danimarkanın maraqlarını unutmamalıyam. Buna görə də planlarımızı yenidən dəyişdirməli olacağıq”, - agentlik baş nazirin sözlərindən sitat gətirib.

Xatırladaq ki, xanım nazir keçən il də rəhbərlik etdiyi Sosial Demokratlar Partiyasının parlament seçkilərində qalib gəlməsi və hökuməti qurma fürsəti əldə etməsində sonra toyunu təxirə salmağa məcbur olmuşdu. M.Frederiksen yenə də tezliklə evlənəcəyinə ümid etdiyini və səbrlə gözlədiyi üçün nişanlısı Bo Terqberqə təşəkkürünü bildirib.

Qeyd edək ki, baş nazir gələcək əri ilə 2014-cü ildə tanış olub, üç il sonra Bo Terqberq ona evlilik təklif edib. Bu, Frederiksen üçün ilk evlilik olmayacaq: o, daha əvvəl ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Erik Harr ilə evlənmişdi. Onların iki övladı var.

Son xəbərlər

Orphus sistemi