Danimarkadakı miqrantlar müavinət almaq üçün işləməli olacaqlar

Danimarkadakı miqrantlar müavinət almaq üçün işləməli olacaqlar Danimarkadakı bəzi miqrantlar sosial müavinət almaq üçün həftədə 37 saat işləməli olacaqlar.
Digər ölkələr
8 Sentyabr , 2021 15:58
Danimarkadakı miqrantlar müavinət almaq üçün işləməli olacaqlar

Danimarkadakı bəzi miqrantlar sosial müavinət almaq üçün həftədə 37 saat işləməli olacaqlar.

Bu barədə “Report” “BBC News”a istinadən xəbər verir.

Bu, 3-4 il müavinət almış, lakin Danimarka dilini müəyyən səviyyədə öyrənə bilməmiş şəxslər üçün məcburi tələb olacaq. Baş nazir Mette Frederiksen bu qaydanın bilavasitə müavinət hesabına yaşayan, “Qərb mənşəli olmayan” qadınlara yönəldiyini bildirib.

“Yeni iş məntiqi tətbiq etmək istəyirik. Bu məntiqə əsasən insanlar öz töhfələrini verməyə və faydalı olmağa borcludurlar. Əgər onlar daimi iş tapa bilmirlərsə, öz müavinətləri üçün işləməlidirlər”, - Frederiksen jurnalistlərə deyib.

Son xəbərlər

Orphus sistemi