Danimarkada iki İsveç vətəndaşı İsrail diplomatik nümayəndəliyində partlayış törətməkdə ittiham olunur.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka polisi məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 2-də səhər saatlarında İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Daha sonra polis partlayışlarla bağlı 3 nəfərin həbs edildiyini açıqlayıb. Onlar 15-20 yaş arasında İsveç vətəndaşlarıdır.