​Danimarkada İŞİD-in videosuna baxan qız anasını qətlə yetirib

​Danimarkada İŞİD-in videosuna baxan qız anasını qətlə yetirib 15 yaşlı Liza 9 il müddətinə azadlıqdan məhrum edilib
Digər ölkələr
16 Sentyabr , 2015 04:05
​Danimarkada İŞİD-in videosuna baxan qız anasını qətlə yetirib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Danimarkada 15 yaşlı Liza Borç "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması üzvlərinin britaniyalı girovları edam etmə videosuna baxdıqdan sonra öz anasını qətlə yetirib.

"Report" "DailyMail"ə istinadən xəbər verir ki, yeniyetmə qız anası Tina Ryomer Holteqaardı radikal İslama etiqad edən 29 yaşlı sevgilisi Bəxtiyar Məhəmməd Abdullah ilə planlaşdıraraq bıçaqlayıb. Qadına 20 bıçaq zərbəsi vurulub.

İstintaq müəyyən edib ki, Liza sözügedən videoya dəfələrlə baxıb. Məhkəmə zamanı Liza və Abdullah qadının qətlində bir-birilərini ittiham ediblər. Sonda məhkəmənin hökmü ilə Liza 9, Abdullah isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi