Danimarkada quş qripi epidemiyası başlayıb
Digər ölkələr
- 03 noyabr, 2021
- 20:11
Danimarka hökuməti iri quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin yayılmasını qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə Danimarkanın Ərzaq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin saytı məlumat yayıb.
Məlumata görə, noyabrın 1-də Slagelse bələdiyyəsində təxminən 28 min quş olan hinduşka fermasında yüksək patogenli quş qripi H5N1 epidemiyası təsdiqlənib.
Danimarka Baytarlıq və Qida Administrasiyası təsərrüfat ətrafında 3 və 10 kilometrlik zonalar yaradıb və zərər çəkmiş fermadan infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görür.
Bundan əlavə, noyabrın 3-də 50-yə yaxın toyuq, ördək və qazın olduğu quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin növbəti epidemiyası təsdiqlənib.
Son xəbərlər
23:23
Foto
Ukrayna və ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı yeni danışıqlar aparıb
Digər ölkələr23:16
Aİ ölkələrinin səfirləri Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulması qərarını təsdiqləyiblər - YENİLƏNİB
Digər ölkələr22:59
Foto
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Region22:57
Ukrayna Prezidenti: ABŞ Donbasda demilitarizasiya zonası yaratmağı təklif edir - YENİLƏNİB
Digər ölkələr22:53
Zelenski: Rusiya ilə əsir mübadiləsi prosesi dondurulub
Digər ölkələr22:48
Fidan: İsrail Qəzzada sabitləşdirici qüvvələrin yerləşdirilməsində təkbaşına söz sahibi deyil
Region22:42
Foto
Azərbaycan ilə BƏƏ media sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini müzakirə edib
Media22:29
Foto
Video
Sumqayıtda səkkiz maşın toqquşub
Hadisə22:27