Danimarka üç ölkə ilə sərhədlərini açır

Danimarka üç ölkə ilə sərhədlərini açır Almaniya, Norveç və İslandiya vətəndaşları iyun ayının 15-dən etibarən Danimarkaya səfər edə biləcəklər.
Digər ölkələr
258
30 May , 2020 02:24
Danimarka üç ölkə ilə sərhədlərini açır

Almaniya, Norveç və İslandiya vətəndaşları iyun ayının 15-dən etibarən Danimarkaya səfər edə biləcəklər.

“Report”un verdiyi məlumata görə, bunu Baş nazir Mette Frederiksen keçirdiyi mətbuat konfransında bəyan edib.

“Atacağımız növbəti addım sərhədlərin açılmasıdır. Danimarka açıq iqtisadiyyatı olan kiçik bir ölkədir, həyatımızın əsasını digər ölkələrlə ticarət təşkil edir. Biz böyük bir turist axınına alışan ölkəyik. Həm Danimarkanın, həm də dünyanın yaşadığı koronavirus epidemiyasına baxmayaraq sərhədləri açmaq istəyirik”- o, bildirib.

Qeyd edək ki, Danimarka koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün 14 mart tarixindən ölkə sərhədlərini bağlayıb. 

Sərhədlərin açılmasına baxmyaraq, ölkəyə səfər etmək istəyən turistlər üçün məhdudiyyətlər yenə də mövcuddur.

Belə ki, Danimarkanı görmək istəyən şəxslər Kopenhagendən kənarda ən azı 6 günlük hotel rezervasiya etməlidir. 

Son xəbərlər

Orphus sistemi