Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub

Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub Danimarka hakimiyyəti Türkiyədən onun saxlanılmasına və Türkiyə tərəfinə verilməsinə dair sorğu alıb
Digər ölkələr
20 İyul , 2017 14:06
Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Danimarka məhkəməsi 2017-cı il yanvarın 1-nə keçən gecə İstanbulun gecə klubunda baş verən terror aktı törətməyə yardım göstərməkdə şübhəli bilinən Veyle şəhər sakinini dörd həftə müddətinə həbs edib. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Danimarka hakimiyyəti Türkiyədən şübhəli şəxsin saxlanılmasına və Türkiyə tərəfinə verilməsinə dair sorğu alandan sonra 42 yaşlı kişini həbs edib. 

İttihamçı Dorte Möller-Andersenin dediyinə görə, iyunun sonunda şübhəli şəxs terror aktının araşdırılması ilə bağlı saxlanılıb, lakin həmin vaxtda Türkiyədən sorğu olmadığına görə o, sərbəst buraxılıb.

Son xəbərlər

Orphus sistemi