Avropanın altı ölkəsi Rusiyanın 100 diplomatını qovub - YENİLƏNİB - 4

Avropanın altı ölkəsi Rusiyanın 100 diplomatını qovub - YENİLƏNİB - 4 15 rus diplomatı Danimarkadan çıxarılıb.
Digər ölkələr
5 Aprel , 2022 17:35
Avropanın altı ölkəsi Rusiyanın 100 diplomatını qovub - YENİLƏNİB - 4

Latviya Rusiyanın ölkədəki 2 konsulluğunu bağlayacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bundan başqa, Rusiyanın 13 diplomatı Latviyadan çıxarılacaq.

Digər Baltikyanı ölkə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın 14 diplomatı persona non qrata elan ediləcək. Bundan başqa, Rusiyanın ölkədəki 2 konsulluğu bağlanacaq.

Bununla da gün ərzində altı Avropa ölkəsindən çıxarılan Rusiya diplomatlarının sayı 100-ə çatıb. 

15:35

İspaniya Rusiyanın 25 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib. 

“Report” xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

14:25

İsveç Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi Moskvanın daha bir təmsilçisi Avropa ölkələrinin rusiyalı diplomatları qovmasına münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, belə addımlar Avropa ölkələri ilə ikitərəfli münasibətlərə zərbə vura bilər.

“Aydındır ki, bu kampaniya əvvəlcədən hazırlanıb. Diplomatik kanallar vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurulur. Biz kimsəylə münasibətlərimizi kəsmirik. Qərb dövlətlərinin qeyri-dost hərəkətlərinin isə sərhədi görünmür”, - nazir müavini söyləyib.  

13:19

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Romanın addımına cavab olaraq müvafiq tədbirlər görüləcək.

12:22

Danimarka hökuməti Rusiyanın 15 diplomatını persona non qrata elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, bu, tarixi addımdır: “Biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik. Çünki təhlükəsizliyimizi təmin etmək istəyirik”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Danimarkanın addımına münasibət bildirib. O deyib ki, bu ölkənin Rusiyadakı diplomatik nümayəndəlikləri barədə oxşar tədbirlər görüləcək.

İtaliyanın “Corriere della Sera” qəzeti isə diplomatik mənbələrə istinadən yazır ki, rəsmi Roma Rusiyanın onlarla diplomatını ölkədən çıxarmaq niyyətindədir. Məlumata görə, həmin diplomatlaırn siyahısı hazırdır.

Qeyd edək ki, əvvəllər də digər Avropa ölkələri oxşar addımlar atmışdı.

Son xəbərlər

Orphus sistemi