Danimarka parlamentində ictimai yerlərdə Qurani-Kərimin yandırılmasını qadağan edən qanun qəbul olunub.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Danimarka dini tənqid etmək hüququ daxil olmaqla, konstitusiya ilə qorunan söz azadlığı ilə milli təhlükəsizlik arasında tarazılıq yaratmağa çalışır.
Qeyd edək ki, bu il Danimarka və İsveçdə Qurani-Kərimin nüsxələrinin yandırılması və ya zədələnməsi kimi bir sıra ictimai etirazlar baş verib, bu da müsəlmanlarla gərginliyə səbəb olub.