Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
Digər ölkələr
- 18 oktyabr, 2024
- 02:23
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcəklər.
"Report"un məlumatına görə, bu barədə Çexiyanın Baş naziri Petr Fiala sosial şəbəkədəki səhifəsində yazıb.
“Danimarkanın Baş naziri Mette Frederiksen və Niderlandın Baş naziri Dik Şxof ilə 2025-ci ildə Ukraynaya sursat tədarükünü davam etdirməyə razılaşdıq ki, Ukrayna özünü Rusiyanın davam edən təcavüzündən müdafiəyə davam etsin və bununla da həm Ukraynanı, həm də müdafiə sənayemizi dəstəkləyə bilsin”, - Fiala yazıb.
O, digər ölkələri də eyni addımı atmağa çağırıb. Fialanın fikrincə, bu, bütün Avropanın təhlükəsizliyinin maraqlarına uyğundur.
Qeyd olunub ki, Niderland Ukrayna üçün mərmilərə 271 milyon avrodan çox vəsait ayıracaq.
Son xəbərlər
16:02
Foto
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Maliyyə15:59
Apellyasiya məhkəməsi Əli Kərimli barədə qərar verib
Digər15:55
Foto
Şavkat Mirziyoyev Pərviz Şahbazovla enerji sahəsində birgə layihələri müzakirə edib
Energetika15:53
DİN və AQTA birgə tədbir keçirib, 1 tondan artıq yararsız at əti aşkarlanıb
Hadisə15:51
Foto
Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
Mədəniyyət siyasəti15:50
"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BBB-" səviyyəsində təsdiq edib
Maliyyə15:46
Makron: Avropa və ABŞ-nin birliyi Ukrayna üçün əhəmiyyətlidir
Digər ölkələr15:46
Foto
III beynəlxalq konfrans çərçivəsində beynəlxalq əməkdaşlıq müzakirə olunub
Xarici siyasət15:46