Yuxarı

ABŞ-da nümayişlər zamanı öldürülən polislərin sayı beşə çatıb - VİDEO - YENİLƏNİB

Polislərə yüksəklikdə yerləşən iki snayperçi atəş açıb

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın Dallas şəhərində polislərin atəşə tutulması nəticəsində ölən qanun keşikçilərinin sayı beşə çatıb.

"Report" xəbər verir ki, bu barədə şəhər administrasiyasının nümayəndələri məlumat verib.

***09:37

ABŞ-ın Dallas şəhərində keçirilən nümayişlər zamanı dörd polis əməkdaşı öldürülüb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, azı 11 qanun keşikçisi də yaralanıb.

Şahidlərin sözlərinə görə, yüksəklikdə yerləşən iki snayperçi atəş açıb. Ümumilikdə təxminən 20 atəş açılıb.

Qeyd edək ki, son günlər ərzində ABŞ-ın böyük şəhərlərinin əksəriyyətində, o cümlədən Dallasda kütləvi nümayişlər keçirilib. Buna səbəb polis əməkdaşlarının afroamerikalıları öldürməsiylə bağlı səs-küylü 2 fakt olub. İndi insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının həddindən artıq qəddarlıq nümayiş etdirməsinə etiraz edir və günahkarların cəzalandırılmasını tələb edir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi