Daha iki ölkədə koronavirusa yoluxanların sayı artıb

Daha iki ölkədə koronavirusa yoluxanların sayı artıb Misir və Sloveniyada koronavirusa yeni yoluxma faktı aşkarlanıb.
Digər ölkələr
5 Mart , 2020 16:14
Daha iki ölkədə koronavirusa yoluxanların sayı artıb
google.az

Misir və Sloveniyada koronavirusa yeni yoluxma faktı aşkarlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki ölkədə 1 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

Məlumata görə, Misirdə koronavirusa yoluxmuş şəxs xarici səfərdən qayıdıb. Sloveniyada yeni yoluxma faktı isə daha öncə yoluxmuş şəxslə təmasda olan insanda qeydə alınıb.

Beləliklə, koronavirus daşıyıcılarının sayı Misirdə 3-ə, Sloveniyada isə 2 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 273-ə çatıb. Bunların 53 900 nəfəri sağalıb, 3 304 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi