Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı

Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı Cənub-Şərqi Asiya ölkəsi olan Sinqapurda koronavirusa yoluxmuş 2 şəxs ölüb.
Digər ölkələr
21 Mart , 2020 15:07
Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı

Cənub-Şərqi Asiya ölkəsi olan Sinqapurda koronavirusa yoluxmuş 2 şəxs ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölən şəxslər 75 yaşlı Sinqapur vətəndaşı qadın və 64 yaşlı İndoneziya vətəndaşı kişidir. Beləliklə, bu, Sinqapurda koronavirusdan ilk ölüm hadisəsidir.

Qeyd edək ki, koronavirusla mübarizədə nümunə olaraq göstərilən Sinqapur coğrafi olaraq COVID-19-un yayılmağa başladığı Çinə yaxın olması və ölkədə 400-ə yaxın insanda koronavirusun aşkarlanmasına baxmayaraq, indiyədək virusdan ölüm qeydə alınmamışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 282 939-ə çatıb. Bunların 93 514 nəfəri sağalıb, 11 826 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi