Daha bir ölkə plastik paketlərdən imtina etdi

Daha bir ölkə plastik paketlərdən imtina etdi Çili hakimiyyəti ölkədə təxminən 2 ildir aparılan müvafiq islahatlara uyğun olaraq ticarət köşklərində plastik paketlərdən istifadə ilə bağlı son qadağanı tətbiq edib.
Digər ölkələr
4 Avqust , 2020 03:09
Daha bir ölkə plastik paketlərdən imtina etdi
0 : 00
0 : 00

Çili hakimiyyəti ölkədə təxminən 2 ildir aparılan islahatlara uyğun olaraq ticarət köşklərində plastik paketlərdən istifadə ilə bağlı son qadağanı tətbiq edib.

“Report”un məlumatına görə, bu barədə ölkənin Ətraf Mühitin müdafiəsi naziri Karolina Şmidtə istinadən RİA “Novosti” agentliyi bildirib.

"Plastik paketlərdən imtina 3 avqust 2018-ci ildə başlanılıb və bu gün son addım atılıb – kiçik və orta mağazalarda plastik paketlər qadağan edilib", - nazir deyib.

Bundan əvvəl, ölkə hakimiyyəti supermarketlərdə plastik paketlərin satışına və istifadəsinə qadağa qoyub. Hakimiyyət iki il ərzində 5 milyon paketin satışının qarşısını ala bilib.

Yeni qaydalara əsasən, plastik paketi satan mağazanı təxminən 250 min peso (330 ABŞ dolları) məbləğində cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi