Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı

Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı Cəbəllütariqdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
3 Mart , 2020 14:24
Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı
google.az

Cəbəllütariqdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Cəbəllütariq hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, koronavirus daşıyıcısı daha öncə Şimali İtaliyaya səfər edib. Virus daşıyıcısı ilə birgə onun yoldaşı da karantinə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 333-ə çatıb. Bunların 48 264 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub

Son xəbərlər

Orphus sistemi