Dağıstanda polis əməkdaşı atəş açaraq 3 həmkarını yaralayıb

Dağıstanda polis əməkdaşı atəş açaraq 3 həmkarını yaralayıb Yaralıların vəziyyəti orta ağırdır, onlar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
8 Mart , 2017 21:38
Dağıstanda polis əməkdaşı atəş açaraq 3 həmkarını yaralayıb

Bakı. 8 mart. REPORT.AZ/ Dağıstanda polis əməkdaşı həmkarlarına atəş açıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin nümayəndəsi agentliyə məlumat verib.

Məlumata görə, hadisə Qızılyurd şəhərindəki kafelərdən birində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Polisdəki mənbənin verdiyi məlumatda bildirilir ki, yaralıların vəziyyəti orta ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi