Cənubi Koreyada konsert zamanı faciə baş verib, 14 nəfər ölüb

Cənubi Koreyada konsert zamanı faciə baş verib, 14 nəfər ölüb Ən azı 11 nəfər yaralanıb
Digər ölkələr
17 Oktyabr , 2014 17:06
Cənubi Koreyada konsert zamanı faciə baş verib, 14 nəfər ölüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Cənubi Koreyada pop konserti zaman on dörd nəfər ölüb, ən azı on  bir nəfər müxtəlif xəsarətlər alıb. Bu barədə "Report" Cənubi Koreyanın "Renxap" agentliyinə istinadən xəbər verir. 

Tədbir Seulun yaxınlığında yerləşən Sonnam (Seongnam) şəhərində açıq havada keçirilib. Asiyada məşhur olan "4minute"  qrupunun çıxışı zaman konsertə gələn tamaşaçıların ağırlığına dözməyən ventilyasiya barmaqlığı düşüb. Nəticədə 25 nəfər 20 metr yüksəklikdən yeraltı dayanacağa düşüblər.

Hadisənin səbəbləri hələ ki, bilinmir.

Son xəbərlər

Orphus sistemi