İsveçin NATO-ya daxil olması təşkilatı sarsılmaz edir və iştirakçı ölkələrin təhlükəsizliyini gücləndirir.
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı səfiri Culianna Smit bildirib.
Onun sözlərinə görə, alyans modernləşməyə və iştirakçıların sayını genişləndirməyə davam edir.
C.Smit NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin aprelin 3-4-də Brüsseldə keçiriləcək görüşü zamanı müzakirə olunacaq NATO tərəfdaş ölkələrinin Ukraynaya yardımı məsələsinə də toxunub: “Dəstəyin vacib olduğunu hesab edirik. Biz bilirik ki, dostlarımız vəsait çatışmazlığı ilə üzləşir. ABŞ tərəfindən yardım davam edir. Onlara lazım olanlar döyüş sursat və hava hücumundan müdafiə vasitələridir. Avropa və Kanadadakı dostlarımız, müttəfiqlərimiz də kömək etməyə can atırlar”.