“WikiLeaks”ın baş redaktoru: "Culian Assanj Avropa Məhkəməsinə müraciət edə bilər"

“WikiLeaks”ın baş redaktoru: "Culian Assanj Avropa Məhkəməsinə müraciət edə bilər" WikiLeaks”in qurucusu Culian Assanj Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edə bilər.
Digər ölkələr
1 İyul , 2019 14:06
“WikiLeaks”ın baş redaktoru: Culian Assanj Avropa Məhkəməsinə müraciət edə bilər

"WikiLeaks”in qurucusu Culian Assanj Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edə bilər".

“Report” xəbər verir ki, bu barədə RİA "Novosti”yə müsahibəsində saytın Baş redaktoru Kristin Hrafnsson bildirib.

O, C.Assanjın azad ediləcəyinə çox da ehtimal vermədiyini, uzun illər həbsdə qalacağını güman etdiyini deyib.

BMT işgəncələr və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzalara dair xüsusi məruzəçisi Nils Melzer də C.Assanjın uzun müddət ərzində güclü psixoloji təzyiqlərə məruz qalmış şəxsə xas olan bütün əlamətləri büruzə verdiyini və buna əsasən AİHM-ə müraciət edə biləcəyini, lakin əvvəlcə Böyük Britaniya məhkəmələrində müdafiə üçün hüquqi imkanlardan sonunadək istifadə etməyin vacibliyini söyləyib.

Xatırladaq ki, bu il aprelin 11-də Ekvadorun Londondakı səfirliyində gizlənən C.AssanjABŞ-ın sorğusu ilə saxlanılmış, London məhkəməsi tərəfindən girov müqabilində azadlığa çıxmaq qaydasını pozmaqda təqsirli bilinərək 11 ay həbs cəzasına məhkum edilmişdi. May ayının sonunda ABŞ hökuməti Assanja qarşı casusluq və məxfi məlumatları faş etmək ilə bağlı 17 epizoda görə ittiham irəli sürdüklərini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi