Yuxarı

General Dandorf : "S-400" qurğusu ABŞ-ın əməliyyatlarına mane olmamalıdır

Ümidvarıq ki, Rusya Uçuşların Təhlükəsizliyinə dair Memorandumun şərtlərinə əməl edəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın Suriyaya yerləşdirdiyi "S-400" zenit-raket qurğusu "İŞİD" terrorçularına qarşı ABŞ-ın keçirdiyi əməliyyatlara mane olmamalıdır. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Cozef Dandorf səsləndirib.

ABŞ Senatında çıxış edən C.Dandorf bildirib ki, "S-400" qurğusu olduqca müasir sistemdir. "Ümidvarıq ki, Rusya Uçuşların Təhlükəsizliyinə dair Memorandumun şərtlərinə əməl edəcək. Bu məsələni Rusiya tərəfi ilə müzakirə etdik", - deyə general vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi