Cozef Baydenlə Boris Conson Ukraynadakı vəziyyəti müzakirə ediblər

Cozef Baydenlə Boris Conson Ukraynadakı vəziyyəti müzakirə ediblər ABŞ Prezidenti Cozef Baydenlə Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Digər ölkələr
14 Fevral , 2022 23:54
 Cozef Baydenlə Boris Conson Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ Prezidenti Cozef Baydenlə Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə “Report” Britaniya Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Bayden və Conson Ukraynadakı vəziyyəti müzakirə ediblər. ABŞ Prezidenti və Britaniyanın hökumət başçısı hələ də diplomatiya üçün “pəncərə”nin olduğunu bildiriblər.

"Baş nazir bu axşam ABŞ Prezidenti Cozef Baydenlə Ukraynadakı vəziyyəti müzakirə etdi. Baş nazir və Prezident Bayden bir-birlərinə digər dünya liderləri ilə apardıqları son danışıqlar barədə məlumat verdilər. Onlar diplomatiya və Rusiyanın Ukraynaya qarşı təhdidlərindən geri çəkilməsi üçün hələ də kritik pəncərənin olduğunu razılaşdırdılar”, - xəbərdə ​​deyilir.

Liderlər həmçinin vurğulayıblar ki, “Ukraynaya istənilən işğal Rusiya üçün uzunmüddətli böhrana gətirib çıxaracaq, Rusiya və bütün dünya üçün ciddi fəsadlarla dolu olacaq”.

Son xəbərlər

Orphus sistemi