Cozef Baydenin təyyarəsi fırtınaya düşüb
Digər ölkələr
- 03 yanvar, 2022
- 17:45
ABŞ Prezidenti Cozef Bayden Yeni il tətilləri ilə əlaqədar Delaver ştatında bir neçə gün qaldıqdan sonra Amerika paytaxtını bürüyən qar fırtınası zamanı Ağ Evə qayıdıb.
“Report” xəbər verir ki, Ağ Evin mətbuat mərkəzi bununla bağlı videonu tviterdəki hesabında yayıb. Videoda Endryus Hərbi Hava Qüvvələri (Merilend ştatı-red) bazasına çatan kimi dövlət başçısının təyyarəsinin şiddətli çovğunda qaldığı əks olunur. Jurnalistlərin sözlərinə görə, təyyarə yerə endikdən sonra Bayden təxminən yarım saat təyyarənin içində qalmalı, zolağın kifayət qədər qardan təmizlənməsini gözləməli olub.
Prezident güclü küləyin təsiri altında bir qədər yırğalanaraq təyyarədən enib, bundan sonra onu gözləyən avtomobilə minərək oradan uzaqlaşıb.
Cozef Baydenin təyyarəsi fırtınaya düşüb
Son xəbərlər
03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var - Yenilənib
Hadisə00:38