Cozef Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını dəstəkləyir

Cozef Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını dəstəkləyir ABŞ Prezidenti Cozef Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı təqdirdə orada Yaponiyanın üzvlüyünü dəstəkləyəcəyini bildirib
Digər ölkələr
23 May , 2022 09:20
Cozef Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını dəstəkləyir
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı təqdirdə Yaponiyanın şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini bildirib.

“Report” NHK-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşdə söyləyib.

İki ölkə lideri BMT-də, o cümlədən qurumun Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin.

Son xəbərlər

Orphus sistemi