Cozef Bayden peyvənd olundu
Digər ölkələr
- 21 dekabr, 2020
- 20:37
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden koronavirus əleyhinə peyvənd edilib.
Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. Baydenin peyvənd edilməsini mətbuat nümayəndələri də izləyiblər.
Demokrat Partiyasının üzvü prosedur zamanı qoruyucu maskada olub. O, klinikanın işçi heyətinə təşəkkür edib.
ABŞ-ın yeni rəhbərinə "Pfizer" şirkətinin istehsalı olan ilk vaksini vurulub.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp da peyvənd edilməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.
Son xəbərlər
13:19
"Neo" BOKT nizamnamə kapitalını 73 % artırır
Maliyyə13:10
Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu
Fərdi12:55
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
Elm və təhsil12:43
Tərlan Qurbanəliyev: "Bayrağımızı turnirin çempionu kimi dalğalandıracağımıza inanıram"
Komanda12:40
Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək
ASK12:36
MDM-in "Clearstream" və "Euroclear"da hesablarının açılması müzakirə edilib
Maliyyə12:33
Video
Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir
İnfrastruktur12:31
Video
"Baku Electronics"də "Qırmızıya gəl", sərfəli şərtlərdən yararlan: 70 %-dək endirim fürsəti sizi gözləyir!
Digər12:30