COVID-19-un yeni ştammı ABŞ-da tüğyan edir

COVID-19-un yeni ştammı ABŞ-da tüğyan edir COVID-10 virusunun Böyük Britaniyada yayılan yeni ştammı ABŞ-da mart ayına qədər əsas təhlükəyə çevrilə bilər.
Digər ölkələr
509
16 Yanvar , 2021 10:28
COVID-19-un yeni ştammı ABŞ-da tüğyan edir

COVID-10 virusunun Böyük Britaniyada yayılan yeni ştammı ABŞ-da mart ayına qədər əsas təhlükəyə çevrilə bilər.

“Report” FT-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qabaqlanması Mərkəzindən (CDC) bildiriblər. Belə ki, indiyədək 15 ştatda koronavirusun həmin növünə 88 yoluxma qeydə alınıb.

Ekspertlərin fikrincə, yeni ştamm bu ilin əvvəlində sürətlə yayılaraq mart ayında əsas yoluxma amilinə çevriləcək.

Xatırladaq ki, ötən il dekabrın 14-də Böyük Britaniya səhiyyə naziri Matt Hankok koronavirusun daha əvvəl məlum olan ştammlarına nisbətən daha sürətlə yayılan yeni, mutasiya etmiş ştammın aşkarlandığını açıqlamışdı. Bundan sonra Baş nazir Boris Conson da yeni ştammın əvvəlkilərə nisbətən 70 faiz daha yoluxucu olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi