Braziliyada son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 816 nəfər dünyasını dəyişib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 15 633 nəfərə çatıb.
Hazırda 2 304 ölüm hadisəsinin infeksiya ilə bağlılığı araşdırılır.
Eyni zamanda son sutkada 14 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Bununla da yoluxanların sayı 233 142-yə çatıb, 89 672 nəfər sağalıb.