COVID-19-a qarşı peyvənd üçün xeyriyyə tədbiri keçiriləcək

COVID-19-a qarşı peyvənd üçün xeyriyyə tədbiri keçiriləcək Avropa Komissiyası və “Global Citizen” təşkilatı COVID-19 virusuna qarşı peyvənd hazırlamaqla bağlı tədqiqatlara maliyyə dəstəyi məqsədilə bu gün xeyriyyə konserti və sammit keçirəcək.
Digər ölkələr
27 İyun , 2020 11:59
COVID-19-a qarşı peyvənd üçün xeyriyyə tədbiri keçiriləcək

Avropa Komissiyası və “Global Citizen” təşkilatı COVID-19 virusuna qarşı peyvənd hazırlamaqla bağlı tədqiqatlara maliyyə dəstəyi məqsədilə bu gün xeyriyyə konserti və sammit keçirəcək.

“Report” DW-yə istinadən xəbər verir ki, sammitdə iştirak edəcək Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emanuel Makron və BMT-nin baş katibi Antonio Quterreş kimi tanınmış siyasi xadimlər peyvənd üçün ianə verməyə çağırış edəcəklər.

İnternet vasitəsilə birbaşa yayımlanacaq konsertdə “Coldpay” qrupu, Şakira, Maili Sairus, Castin Biber kimi tanınmış müğənnilər çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi