Conson: “Rusiya ilə münasibətlərin “2014-cü il” modeli üzrə normallaşması mümkün deyil”

Conson: “Rusiya ilə münasibətlərin “2014-cü il” modeli üzrə normallaşması mümkün deyil” Qərb Ukraynadakı hazırkı hadisələrdən sonra Rusiya ilə münasibətləri bir neçə il əvvəl olduğu kimi normallaşdıra bilməyəcək.
Digər ölkələr
8 Mart , 2022 08:39
Conson: “Rusiya ilə münasibətlərin “2014-cü il” modeli üzrə normallaşması mümkün deyil”

Qərb Ukraynadakı hazırkı hadisələrdən sonra Rusiya ilə münasibətləri bir neçə il əvvəl olduğu kimi normallaşdıra bilməyəcək.

“Report”un Britaniya hökumətinin saytına istinadən xəbərinə görə, bu barədə krallığın Baş naziri Boris Conson Kanadanın Baş naziri Castin Trüdo və Niderlandın hökumət başçısı Mark Rutte ilə birgə mətbuat konfransında deyib.

Consonun sözlərinə görə, dünyada vəziyyət dəyişib, indi əsas diqqət kollektiv təhlükəsizliyin təmin edilməsinə yönəldilməlidir.

“Rusiyanın Ukraynaya təcavüzündən sonra biz hansısa status-kvoya qayıtmağın mümkün olacağını, münasibətləri 2014-cü ildə olduğu kimi yenidən normallaşdıracağımızı güman edə bilməyəcəyik”, - o, Londonda keçirdiyi mətbuat konfransında deyib.

Son xəbərlər

Orphus sistemi