Conson Makronla Ukraynaya yardım və Rusiyanın təcrid olunmasını müzakirə edib

Conson Makronla Ukraynaya yardım və Rusiyanın təcrid olunmasını müzakirə edib Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Danışıqların mövzuları arasında ikitərəfli münasibətlər, Ukraynaya yardım və Rusiyanın təcrid olunması da var.
Digər ölkələr
102
6 May , 2022 23:05
Conson Makronla Ukraynaya yardım və Rusiyanın təcrid olunmasını müzakirə edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Danışıqların mövzuları arasında ikitərəfli münasibətlər, Ukraynaya yardım və Rusiyanın təcrid olunması da var.

Bu barədə “Report” Britaniya hökumətin rəsmi saytına istinadən xəbər verir.

Britaniyanın Baş naziri Makronu yenidən seçilməsi münasibətilə təbrik edib və dövlətlər arasında münasibətləri intensivləşdirmək barədə razılıq əldə edilib. Conson Fransa ilə avtokratiyalarla üzləşməkdən tutmuş qlobal enerji təhlükəsizliyinə qədər bir sıra məsələlər üzərində işləməyi hədəfləyir.

Conson və Makron yekdilliklə Putinin müharibəyə başlamasını qəti şəkildə pisləyiblər. Onlar təhlükəsizlik məsələlərini və Ukraynaya yardımı, habelə Rusiya Federasiyasının təcrid olunması tədbirlərini əlaqələndirmək barədə razılığa gəliblər.

“Baş nazir ötən ay Kiyevə səfərindən danışıb və Ukraynaya lazımi hərbi yardım göstəriləcəyi təqdirdə onun qalib gələcəyinə əminliyini bölüşüb. Bu qərarın Ukrayna hökumətinə aid olduğunu təsdiqləyib”, - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi