Conson Makronla görüşdə ayağını masanın üzərinə qoyub - VİDEO

Conson Makronla görüşdə ayağını masanın üzərinə qoyub - VİDEO Böyük Britaniyanın baş naziri Boris Conson Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşdə ayağını masanın üzərinə qoyub.
Digər ölkələr
23 Avqust , 2019 01:19
Conson Makronla görüşdə ayağını masanın üzərinə qoyub - VİDEO

Böyük Britaniyanın baş naziri Boris Conson Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşdə ayağını masanın üzərinə qoyub.

“Report” xəbər verir ki, "Sky News"un müxbiri Tom Raynerin "Twitter"də yazdığına görə, Fransa lideri hansısa məqamda Britaniya baş nazirinə əgər istəyərsə ortaya qoyulan masadan ayaq üçün skamya kimi istifadə edə biləcəyini deyib.

Bu sözdən sonra Conson zarafatca bir ayağını qaldıraraq masanın üzərinə qoyub.

Son xəbərlər

Orphus sistemi