Con Kirbi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib

Con Kirbi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib O, Cen Psakini əvəz edib
Digər ölkələr
13 May , 2015 20:31
Con Kirbi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib

Bakı. 13 may. REPORT.AZ/ Kontr-admiral Con Kirbi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib. "Report"un "RİA Novosti"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. 

Bundan əvvəl C.Kirbi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi vəzifəsini icra edirdi. O, ABŞ Dövlət Departamentinin mətbuat katibi vəzifəsində çalışan Cen Psakini əvəz edib. 

Qeyd edək ki, C.Psaki daha yüksək vəzifəyə göndərilib. O, prezident Barak Obamanın yanında kommunikasiya üzrə direktor vəzifəsinə təyin edilib. 

C.Kirbi ABŞ Dövlət Departamentinin gündəlik brifinqlərini aparacaq. 

Son xəbərlər

Orphus sistemi