Yuxarı
    Bağlamaq

    Kerri təhlükəsizlik və terrorizmə dair danışıqlar aparmaq üçün Misirdədir

    ABŞ dövlət katibinin ölkəsinin ən sadiq müttəfiqi olan İsrailə səfəri nəzərdə tutulmayıb

    Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerrinin Orta Şərq turnesi davam edir. "Report" xəbər verir ki, ABŞ rəsmisi ilk olaraq Misirin paytaxtı Qahirəyə gəlib. 

    ABŞ Dövlət katibinin bazar günü bir sıra görüşlər keçirəcəyi gözlənilir. Onun bazar günü Misirin Xarici İşlər naziri Sami Şukri ilə görüşü planlaşdırılıb. 

    Avqustun 8-dək davam edəcək səfər çərçivəsində Con Kerrinin Qətərə və Cənub-Şərqi Asiya ölkələrinə gedəcəyi gözlənilir.

    Onun Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə İranın nüvə proqramı haqqında Vyanada imzalanan sazişlə bağlı məsələlər müzakirə olunacaq.

    Turne çərçivəsində ABŞ dövlət katibinin ölkəsinin ən sadiq müttəfiqi olan İsrailə səfəri nəzərdə tutulmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi