Con Kerri Yel Universitetində dərs deyəcək

Con Kerri Yel Universitetində dərs deyəcək O, seminarlar və tələbələrlə baş tutmayan dövlətlər və avtoritarizm problemləri kimi mövzularda müzakirələr aparacaq
Digər ölkələr
17 Fevral , 2017 11:45
Con Kerri Yel Universitetində dərs deyəcək

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi Con Kerri növbəti tədris ilində Yel Universitetində yeni tədris proqramına məsul şəxs olacaq.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, qlobal problemlərin həllinə həsr olunmuş proqram çərçivəsində C.Kerri seminarlar və tələbələrlə "baş tutmayan dövlətlər, avtoritarizm problemləri, zorakı ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda müzakirələr aparacaq.

Universitet rəhbərliyi yeni proqramın yeni siyasi yanaşmalar işləyib hazırlamağa yardım edəcəyini gözləyir.

Qeyd edək ki, C.Kerri 1966-cı ildə Yel Universitetinin məzunu olub.

Son xəbərlər

Orphus sistemi