Yuxarı

Con ​Kerri və Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda qapalı görüş keçirəcək

Türkiyə prezidenti ABŞ-a 31 mart - 1 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan nüvə sammitində iştirak etmək üçün gəlib

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Vaşinqtonda qapalı görüş keçirəcək. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

R.T.Ərdoğan ABŞ-a 31 mart - 1 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan nüvə sammitində iştirak etmək üçün gəlib.

Bir qədər öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Vaşinqtona səfər edərək, ABŞ administrasiyasının nümayəndələri ilə görüşmüşdü. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi