Yuxarı
    Bağlamaq

    Con Kerri və Məhəmməd Zərif arasında növbəti görüş bu gün baş tutacaq

    Bu görüş “altılıq” ölkələri ilə Tehran arasında aparılan danışıqların tərkib hissəsidir

    Bakı. 30 May. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş bu gün İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

    "Report"гn İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

    Bu görüş, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranla apardıqları danışıqların tərkib hissəsidir.

    Qeyd edək ki, “altılıq” ölkələri iyunun 30-dək İranın nüvə proqramına dair yekun razılaşmanın əldə ediləcəyinə ümid edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi