Bakı. 21 fevral. REPORT.AZ/ "Rusiyanın Ukraynanın şərqindəki tutduğu mövqe son vaxtlar ərzində dünya ictimaiyyətinin əldə etmək istədiyinin tam əksidir".
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu bəyanatla fevralın 21-də britaniyalı həmkarı Filip Hammonda danışıqlar aparmaq üçün Londona səfər edən ABŞ dövlət katibi Con Kerri çıxış edib.
Onun sözlərinə görə, hazırda Qərb Rusiya Federasiyasına qarşı yeni sanksiyaları nəzərdən keçirir: "Biz əlavə sanksiyaları və səyləri müzakirə edirik".