​Con Kerri: "Rusiya və ABŞ vahid Suriya mövqeyindən çıxış edir"

​Con Kerri: "Rusiya və ABŞ vahid Suriya mövqeyindən çıxış edir" Dövlət katibi "Suriya işi"ndə ciddi irəliləyişə nail olunduğunu bildirib
Digər ölkələr
25 Mart , 2016 05:48
​Con Kerri: Rusiya və ABŞ vahid Suriya mövqeyindən çıxış edir

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Moskva və Vaşinqtonun Suriyanın bütöv dövlət olaraq qalması barədə yekdil fikirə malik olduğunu bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı aparılan danışıqların yekunu üzrə bəyan edib.

"Biz hamımız başa düşürük ki, bu müharibəyə son qoymaq vacibdir. Biz bunun əhəmiyyətini anlayırıq. Biz İŞİD, "Ən-Nüsra" və digər terror qruplaşmalarının məhvinə nail olmalıyıq və hamımız Suriyanın hissələrə bölünməyərək bütöv, milli azlıqların hüquqlarının müdafiə olunduğu və hörmətlə yanaşıldığı dünyəvi ölkə olması ideyasına bağlıyıq", - deyə o əlavə edib.

Prezident Bəşər Əsədin taleyindən danışan ABŞ-ın dövlət katibi qeyd edib ki, Rusiya "Əsədin necə düzgün qərar qəbul etməsi" ilə bağlı mövqeyini ifadə etməlidir.

Kerri əlavə edib ki, Rusiya və ABŞ-ın qarşılıqlı fəaliyyəti sayəsində Suriya böhranının qarşısının alınması işində ciddi irəliləyiş əldə etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi