Yuxarı

Con Kerri nüvə danışıqları ilə bağlı İran rəsmiləri ilə görüşür

İranın nümayəndə heyətinə xarici işlər naziri Javad Zarif başçılıq edir

Bakı. 22 Fevral. REPORT.AZ/ Fevralın 22-də ABŞ-ın Dövlət katibi Con Kerrinin Tehranın nüvə proqramına dair İran rəsmiləri ilə iki günlük görüşü başlayır.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, Kerry deyib ki, Tehran öz nüvə proqramının sülhməramlı olduğunu sübut etmək üçün bəzi zəruri addımları atmasa, Amerika danışıqlardan çəkilməyə hazırdır.

Cenevrədə keçirilən bu görüş martın 31-dək, yəni çərçivə sazişi üçün qoyulmuş son tarixədək tərəflərin öz aralarında ziddiyyətləri aradan qaldırmaq cəhdidir.

İranın nümayəndə heyətinə xarici işlər naziri Javad Zarif başçılıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi