Con Kerri münaqişələrin həlli ilə məşğul olacaq

Con Kerri münaqişələrin həlli ilə məşğul olacaq ABŞ-ın sabiq dövlət katibi Karneqi Fondunda işləyəcək
Digər ölkələr
2 Mart , 2017 06:10
Con Kerri münaqişələrin həlli ilə məşğul olacaq

Bakı. 2 mart. REPORT.AZ/ Birləşmiş Ştatların keçmiş dövlət katibi Con Kerri özünə yeni iş yeri tapıb. Siyasətçi bundan sonra Vaşinqtonun Karneqi Fondunda fəaliyyət göstərəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəbul edilmiş qərar barədə təşkilatın prezidenti Uilyam Berns məlumat verib.

O, belə bir təcrübəli əməkdaşa ehtiyac duyulduğunu bildirib.

"Con Kerrinin bütün dünyada sülhə bağlılığı Karneqi Fondunun missiyasına uyğundur", - deyə Berns söyləyib.

Fond rəhbəri əvvəllər sabiq dövlət katibinin rəhbərliyi altında işləyib.

Son xəbərlər

Orphus sistemi