Bakı. 16 May. REPORT.AZ/ Çinin xarici işlər naziri Vanq Yi Pekində səfərdə olan ABŞ Dövlət katbi Con Kerriyə Pekinin öz suverenliyi və ərazi bütövlüyünü qorumaq işində olduqca qətiyyətli olduğunu deyib.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Vanq Yi, bu açıqlamanı iki diplomat arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında verib.
Danışıqlar zamanı iki ölkə arasında ticari münasibətlər, Şimali Koreyanın nüvə proqramı və Cənubi Çin dənizində mübahisəli ərazilərlə bağlı gərginliklər kimi müxtəlif məsələlər müzakirə olunub.