Yuxarı
    Bağlamaq

    Con Kerri BMT-nin Suriya üzrə nümayəndəsi ilə görüşüb

    Misturanın Suriya planı çox çətin, amma bir o qədər də vacibdir”

    Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi BMT-nin Suriyanın Hələb şəhərindəki döyüşləri dayandırmaq səylərini və Rusiyanın Suriyadakı sülh danışıqlarını dəstəklədiyini bildirib.

    "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Con Kerri bu sözləri Cenevrədə BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura ilə görüşdən sonra deyib.

    Dövlət katibinin sözlərinə görə, Misturanın Suriyaya humanitar yardım göndərilməsi üçün sülh danışıqları vasitəsilə Hələbdəki döyüşlərni dayandırılması planı Suriyada irəliləyiş əldə edilməsi üçün “çox çətin, amma bir o qədər də vacibdir”.

    Misturanın gələn həftə Dəməşqə dönəcəyi gözlənilir. Noyabr ayında o, Suriya prezidenti Bəşər Əl-Əsədlə görüşüb. Əsəd bildirib ki, bu təklifi “dəyərləndirmək” olar. BMT nümayəndəsi deyib ki, Hələbdə zorakılıqların sona çatdırılması və dörd ildir davam edən münaqişədən yorulan suriyalıların ümidinin nümunəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi